25 ildir görməyən afrikalının gözünü açan azərbaycanlı həkimlə MÜSAHİBƏ - "Hisslərimi sözlə ifadə edə bilmirəm" / FOTOLAR

Bir neçə gün bundan qabaq, bütün Türkiyə, daha sonra dünya bu azərbaycanlı xanım göz həkimindən yazdı. O, Afrikada 25 ildir ki, dünya işığına həsrət qalmış qadının gözlərinə nur bəxş etdi.

Metbuat.az faktor.az-a istinadən oftalmoloq Mehriban Əlizadə ilə müsahibəni təqdim edir:

Adı tibb dünyasında geniş əks-səda doğuran Mehriban xanımla söhbətə özü haqqında sualla başladıq:

- 1 iyun 1986-cı ildə Bakıda anadan olmuşam. Xətai rayonundan yerləşən 59 saylı orta məktəbdə təhsil almışam, 2004-cü ildə Tibb Universitetinin Pediatriya ixtisasına qəbul olub, 2010-cu ildə məzun olmuşam, 2010-11-ci illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçmişəm. Bir il sonra Türkiyədə “Haydarpaşa Elmi tədqiqat Xəstəxanası”nda göz uzmanlığını qazandım. 2017-ci ildə göz uzmanı oldum. Sonra isə Bakıda müxtəlif hospitallarda işləməyə başladım.

- Türkiyədən söz düşmüşkən, Afrikaya getmək ideyası necə yarandı?

- Türkiyədə təhsil alanda bizim bir asistanımız vardı, o Afrikaya getmişdi. Afrikaya getmək, yardım etmək Türiyədə çox geniş yayılıb. Orda insanlar çox acınacaqlı vəziyyərdə yaşayırlar. Düşünün ki, yeməkləri yoxdur, içməyə suları yoxdur. Əyin – baş almağa maddi durumları imkan vermir. Onda görüntüləri görüb, çox təsirlənmişdim, könüllülər dərnəyində qeydiyyatdan keçdim və iynunun sonunda qeydiyyatla bağlı sorğu yolladılar ki, getmək istəyirsinizmi? Mən də həmin an razılaşdım və o dərnəyin xətti ilə Nigerə getdik.

- Nigerdə sizi nə gözləyirdi?

- Əvvəlcə, deyim ki, Niger də müsəlman ölkəsidir, əhalinin ən ac olduğu yerlərdən biridir. Yeməkdən danışmağa dəyməz, su isə biz gedəndə yağış yağırdı deyə, qismən vardı. Amma quraqlıq dönəmində ümumən su olmur.

Onlar nə yeyirlər? Bu haqda deyim: Bir uşaq vardı, anası gətirmişdi. Soruşdum ki, nə vaxt yemək vermisən:

- Dedi ki, dünən.

- Dedim nə yeyib?

- Dedi ki, limon suyu damızdırmışam.

Təsəvvür edin, qadının özünün yeməyə bir şeyi yoxdur ki, uşağına da süd verə bilsin. Bəzən elə uşaqlar gətirirdilər ki...

Deyirdilər, get bax gör yaşayırmı, yaşamırmı? Biz göz həkimi kimi işimizdən danışaq.

Orda o qədər katarakta - mirvari suyu xəstəsi var ki, biz onları müayinə etdik, əməliyyat etdik, dərman verdik. Xəstələrin çoxu günəşin altında 3-4 günlük məsafədən gəlir.

Çünki biz Ageya bölgəsinə getmişdik. Orda demək olar ki, göz həkimi yoxdur.

Könüllülər ora ildə iki dəfə gedirlər. Biz gedəndə xəstələr gəldi, üç gün çöldə, günün altında növbələrini gözlədilər. Onlara da yeməklər verdi dərnəyimiz...

Nigerdə ikiaylıq uşaqda belə katarakta var. Yüksək istinin, qızmar günəşin təsirindən və qidalanmadan körpələr bu gündədir, metobolizma pozulur və onlarda katarakta yaranır. İnsanlar bu dərəcədə faciəvi gündədirlər. Onlardakı katarakata da gördüyümüz kimi deyil, ağappaq olur. Bu cür insan ancaq ağ işıq görə bilər, dünyanı deyil.

- Bəs, müalicə etdiyiniz adaların sonrakı taleyi necə olur?

- Təbii ki, xəstəni müayinə edirik, əməliyyatdan sonra da nəzarətdə saxlayırıq, bir də 6 ay sonra gəlir. Başqa bir poblem yaranarsa, o xəstələri orda saxlayıb müalicə edirik. Bədxassəli şişləri olanlar var, elələrini yerli idaretmə orqanları icazə vermir müalicə edək, əvəzinə maddi yardım edilir. Payaxta göndərilir. Biz də dərnək olaraq bir neçəsini o cür yolladıq.

- Sizin özünüzün hansı spesifik probleminiz yarandı?

- İlk problem təyyarədə yarandı. 6 saat müddətinə uçuş vaxtıdır. Daha sonra paytaxta endikdən sonra 15 saat avtobusla yol getdik. Yolboyunca heç bir şərait yoxdur, yeməkləri özümüz götürdük. Nigerdə istidir, xəstəlik – malyariya riski üst həddə, ağcaqanadların sayəsində komandamızda xeyli adam malyariya oldu.

Özüm də bir gün xəstələndim: Qusma, ihsal, 3 sistem qoşuldu. Güclə özümə gəldim. Həkimlər, köməkçilər xəstələndi. Hamımız üçün həyati risk yarandı. Bəzi dönəmlərdə su problemi oldu, düzdür, yemək problemi olmadı.

- 25 yaşında bir qadına həyat nuru bəxş etdiniz, bu, necə baş verdi?

- Dediyim kimi, Nigerdə yemək yoxdur, buğdaya oxşar Milet adlı bitki əkirlər - ondan sıyıq hazırlayırlar.

Çox insan ömür boyu ancaq bununla qidalanır. Başqa heş nə yoxdur. Ona görə də, bunalarda maddələr mübadiləsi pozulur. Bu, baş verəndə mirvari suyu əmələ gəlir. Bu qadında doğuşdan mirvari suyu vardı. O öz uşağını müayinəyə gətirmişdi. Müayindən sonra gördüm uşağına normal insan kimi baxmır. Bəbəyində uzaqdan ağ rəng gördüm. Müayinə etdim, gördüm kataraktı var.

Dedi, uşaqlıqdan bu cür imiş. Yəni, qadın əslində görməməyə alışıb. Əməliyyat etdik, iki uşaq anası idi, uşaqlarını, yoldaşını heç bir vaxt görməmişdi. İnanın, o hissi yaşamaq danışmaq qədər deyil.

Nigerdə körpə uşaqların gözü görmür, amma Niger hökuməti buynuz qişanın müalicəsini qanunla qadağan edir.

- Müsahibimiz son olaraq deyir:

- Orda elə gözəl anlar yaşadım, sözlər ifadə etməz. Doğrudan da kiməsə bir faydamız toxunursa, bundan gözəl nəsə ola bilməz. İnsan düşünür ki, bəzən başqasına yaxşılıq edirəm, amma yox, özünə edirsən.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR