Play Store

Gi Laliberte kosmosa uçduğu üçün 20 milyon dollar vergi ödəməli olacaq

Kanadanın vergi məhkəməsi 2009-cu ildə Beynəlxalq Kosmik Stansiyaya uçduğu üçün “Cirque du Soleil” kompaniyasının banisi Gi Lalibertenin 20 milyon dollardan çox vergi ödəməli olduğu barədə qərar çıxarıb.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məşhur sirkin banisi Yerə qayıtdıqdan sonra kosmosda xeyriyyə missiyasını yerinə yetirdiyinə görə 41,8 milyon dollarlıq uçuş xərclərini geri alıb. O, kosmik stansiyada “Cirque du Soleil” kompaniyasını və onun Rusiya bazarına çıxışını reklam etdiyi üçün vergi imtiyazına iddialı olub.

Lakin Kanadanın vergi məhkəməsi Lalibertenin iddiası ilə razılaşmayıb və uçuşu “işgüzar səfər elementləri ilə şəxsi səyahət” kimi qəbul edib. Məhkəmə uçuş xərclərinin yalnız 10 faizini sirkin reklam kampaniyası və xeyriyyəçilik fəaliyyəti kimi nəzərə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR