"Sportinq" "Qarabağ"la matçda 3000 biletin satışından məhrum olunub - UEFA

"Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsi çərkivəsindəki ilk matçda 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi aprelin 12-də İspaniya "Atletiko"su ilə Avroliqanın 1/4 final oyunu zamanı "Joze Alvalade" stadionunun tribunalarındakı azarkeşlərin hakimlərə yad əşyalar atması göstərilib.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR