Faiq Qarayev karyerasını başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Metbuat.az Reporta istinadən məlumat verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən bildirilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub. O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR