İspaniyada sel - 10 ölü

İspaniyanın Malyorka adasında aramsız yağışların əmələ gətirdiyi daşqınlar nəticəsindəölənlərin sayı 10-u ötüb.

Metbuat.az Röyters agentliyinə istinadən məlumat verir ki, onların arasında turistlər də var. Çox sayda insan itkin düşüb. Təbii fəlakət nəticəsində yüzlərlə tikili suya qərq olub. İnfrastruktura ciddi ziyan dəyib. Yüzlərlə nəqliyyat vasitəsi sıradan çıxıb.

Sakinlərin təxliyəsi davam edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR