​Türkiyə polisi krallığa məxsus təyyarədə narkotik vasitə aşkar edib

Türkiyə hüquq-mühafizə orqanları Səudiyyə Ərəbistanına məxsus yük təyyarəsində külli miqdarda narkotik vasitə aşkar edib.

Metbuat.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, Adana hava limanında aparılan axtarışlar zamanı laynerin yük yerindəki su təmizləmə aparatları arasında 965 min ədəd narkotik tərkibli həb müəyyən edilib.

Onların ümumi dəyəri 14 milyon lirədən çoxdur. Adana Baş prokurorluğu məsələ barədə araşdırmalar aparır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR