İranın Ali dini lideri hökumətə iqtisadi problemləri həll etməyi tapşırıb

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi hökumətə iqtisadi problemləri təcili olaraq həll etməyi tapşırıb.

Metbuat.az İran mənbələrinə istinadən məlumat verir ki,O, qanunverici, icraedici və məhkəmə orqanlarının rəhbərləriylə görüşündə bildirib ki, qiymətlərin artması və alıcılıq qabiliyyətinin aşağı düşməsi iranlıların, xüsusən də aztəminatlı təbəqənin həyat şəraiti pisləşdirib. Onun sözlərinə görə, iqtisadi problemlərin həlli üçün həmrəylik mühiti yaratmaq lazımdır.

“Elə bir böhran və elə bir problem yoxdur ki, biz onun öhdəsindən gələ bilməyək. Hakimiyyət belə iqtisadi böhrandan çıxış yolunu tapmalıdır. Bankların, işsizliyin və inflyasıya problemlərinin həlli üçün ciddi addımlar atmaq lazımdır” .

Xamneyi əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalarıyla əlaqədar, ölkənin təbii resurslarından istifadə etmək lazımdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR