Ərdoğandan itən jurnalistlə bağlı açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Kaşıkçinin gəlişiylə bağlı videogörüntülərin olmadığına inanmır.

Metbuat.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, o jurnalistlərə açıqlamasında bildirib ki, diplomatik nümayəndəlikdə müşahidə kameralarının olmamasıyla bağlı iddialar şübhə doğurur: “Məgər Səudiyyə Ərəbistanı baş konsulluğunda videomüşahidə sisteminin olmaması mümkündürmü? Onların ən qabaqcıl sistemləri var. Quş uçsa, hətta ağcaqanad görünsə, bu sistemlər bunu yazacaq” - deyən Ərdoğan, jurnalistin diplomatik nümayəndəliyə girişinin görüntülərinin olmamasına dair iddiaların əsassız olduğunu bildirib.

Qeyd edək ki, Kaşıkçinin konsulluq binasını girişinin bu görüntüləri diplomatik nümayəndəliklə üzbəüz yerləşən polis otağından lentə alınıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR