Play Store

Tallində Azərbaycan və Estoniyanın 100 illiyi münasibəti ilə park açılıb - FOTO

Tallində Azərbaycan və Estoniyanın 100 illiyi münasibəti ilə park açılıb - FOTO
22:47 11 Oktyabr 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Tallin şəhərində Azərbaycan Respublikası və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun simvolu olaraq parkın təntənəli rəsmi açılışı olub.

Azərbaycanın Estoniyadakı səfirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, parkın açılış mərasimində çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs edib, Tallin şəhərində Azərbaycan-Estoniya parkının salınmasının əlamətdar hadisə olduğunu bildirib.

Mərasimdə həmçinin Bakı şəhər Suraxanı rayonu icra hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan-Estoniya Parlamentlərarası işçi qrupunun rəhbəri Hacı Salayev, Estoniya Azərbaycan mədəniyyət mərkəzinin sədri Niyazi Hacıyev, Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Mixail Korb, Tallin şəhərinin Vitse meri Andrey Novikov, Tallin şəhərinin Kristiyne rayonunun başçısı Yaanus Riybe, Estoniya ictimaiyyətinin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/693810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR