Play Store

Dağlıq Qarabağdakı qondarma rejimin təbliğatına qarşı PETİSİYA

ABŞ-ın Qlendeyl şəhərində küçələrdən birinə “Artsax” adının verilməsinə etiraz olaraq bir qrup azərbaycanlı blogger tərəfindən petisiya başladılıb.

Change.org saytında yaradılan petisiyada bildirilir ki, “Arsax” sözü Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin alternativ adıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycan Respublikasının ərazisinin təxminən 20 faizini təşkil edir.

Petisiyada qeyd olunur ki, Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma rejim yaradılıb və dünyada heç bir dövlət, heç bir beynəlxalq təşkilat bu oyuncaq rejimi tanımır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni silahlı birləşmələrinin qeyd-şərtsiz həmin ərazini tərk etməli olduqları bildirilib.

Petisiyada ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmətlə yanaşdığı və Dağlıq Qarabağda yaradılmış qondarma rejimi tanımadığı xüsusi olaraq vurğulanıb.

Sonda Qlendeyl şəhəri bələdiyyəsinə çağırış edilir: İllərdir erməni işğalından əziyyət çəkən Azərbaycan xalqı Qlendeyl şəhərindəki prospektlərdən birinə “Arsax” adının verilməsinə görə çox narahatdır. Biz bu petisiyanı imzalamaqla Qlendeyl bələdiyyəsindən “Arsax” adından imtina etməyi xahiş edirik.

Petisiyaya qoşulmaq üçün BURA daxil olmaq lazımdır. Bunun üçün adınızı, soyadınızı və e-mail adresinizi qeyd edərək “imzala” düyməsinə basmaq lazımdır. Daha sonra e-mail adresinizdə imzanızı təsdiqləməyi UNUTMAYIN.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR