Play Store

​ABŞ-da keçirilən simpoziumda Azərbaycan multikulturalizmi müzakirə olunub - FOTOLAR

ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində 7-9 oktyabrda keçirilən Beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub.

Qeyd olunmalıdır ki, 50 ölkədən 150-dək siyasi-ictimai və din xadimlərin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan haqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb. Simpoziumda bir sıra tanınmış xadimlər, o cümlədən ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Səm Braunbək, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Haqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak ediblər.

Universitetin dəvətilə simpoziumda çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş konsul Azərbaycanda tarixdən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, RusiyaBolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söhbət açıb. Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Ulduz falı - 12 OKTYABR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR