Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşüb - Yaralılar var

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR