Play Store

Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb

"Milli Məclis deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən həm Rusiya Dövlət Dumasının sədrinə, həm də digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlanıb.

Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

Ə.Hüseynli qeyd edib ki, bu müraciəti həm o, həm də Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq:

“Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.

Dağlıq Qarabağdakı qondarma rejimin təbliğatına qarşı PETİSİYA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR