Play Store

Həqiqətən sülh istəyən ana öz oğlunu başqa dövlətin işğal olunmuş torpaqlarında hərbi xidmətə göndərməz - Sona Əliyeva

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın təşkilatçılığı ilə bir qrup rusiyalı qadınının işğal altında olan Dağlıq Qarabağa səfərində heç bir sülhməramlı məqsəd yoxdur. Çünki onlar beynəlxalq hüququn Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etdiyi, işğal olunmuş torpaqlarına rəsmi Bakının icazəsi olmadan gediblər. Təbii ki, Anna Hakopyanın bu addımı Azərbaycanın hüquq sisteminə, eləcə də beynəlxalq hüququn prinsiplərinə zidd bir addımdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, bu səfərin kökündə işğalçı ölkənin daxilindəki qeyri-stabil vəziyyət dayanır. Onun fikrincə, Anna Hakopyan bu cür səfərlər təşkil etməklə diqqəti ölkədəki böhran vəziyyətindən yayındıraraq, ictimai fikri Dağlıq Qarabağ məsələsinə yönəltmək istəyir. Bu səfərlə Ermənistanda getdikcə vüsət alan siyasi qarşıdurmalar fonunda yaranan ictimai gərginliyin episentrini başqa istiqamətə yönəltməyə çalışırlar. Eyni zamanda, bu cür səfərlərlə baş nazir və onun həyat yoldaşının ictimai fəaliyyətinə aktiv fon verməyə cəhd göstərirlər. Yəni, bu səfərin əsas qayəsi məhz bu nüanslara hesablanıb. Bununla da populizmdən istifadə edərək narahat erməni xalqı qarşısında vaxt qazanmağa çalışırlar.

“Ermənistanın hazırki rəhbərliyi yaxşı başa düşür ki, Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlar Azərbaycan ərazisidir. Yəni, burada məqsəd “DQR”-in tanıdılması yox, işğalçı ölkədəki gərginliyin istiqamətini başqa səmtə çəkmək amili dayanır. Azərbaycanın isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı olduğu kimi qalır. Azərbaycandan fərqli olaraq hazırkı Ermənistan rəhbərliyi bir-birinə zidd bəyanatlar verməklə məşğuldur. Anna Hakopyanın işğal olunmuş ərazilərimizə təşkil etdiyi səfər danışıqlar prosesinə zərbə vurur. Azərbaycan torpaqlarını işğal edən, 1 milyondan çox dinc, mülki insanı öz torpaqlarından didərgin salan bir ölkənin rəhbərinin həyat yoldaşının indi sülhdən çox məntiqsiz görünür. Əgər o həqiqətən sülh istəyirsə, işğalçı erməni ordusunun Azərbaycan torpaqlarından geri çəkilməsi və dinc insanların öz doğma yurdlarına qayıtması üçün çağırışlar etməlidir. Bu halda, Anna Hakopyanın təşəbbüsü səmimi görünə bilər. Amma bunu edəcəkmi? Yoxsa, torpaqlarımızı işğal edib, ardınca sülhdən danışması qeyri-səmimidir. Həqiqətən sülh istəyən ana öz oğlunu başqa dövlətin işğal olunmuş torpaqlarında hərbi xidmətə göndərməz. Bu hərəkəti edənin Ermənistanın baş naziri və onun həyat yoldaşıdırsa, onların hazırkı “sülh kampaniyalarının” nə qədər saxta olduğu açıq-aydın görünür”-deyə, deputat qeyd edib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR