Play Store

3-cü sinif şagirdi özünü niyə öldürmək istədi? - Açıqlama

Bakıda özünü 3-cü mərtəbədən atmaq istəyən məktəblinin psixoloji durumunda, davranışında pozuqluq aşkar olunub.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, uşağın intihara cəhd etməsinin dinə heç bir aidiyyatı yoxdur.

“Onun hərəkətlərində nə ailəsinin təsiri var, nə də hansısa radikal dini çaların. Araşdırma zamanı sadəcə uşağın davranışında psixoloju pozuqluğun olduğu və bu cür hərəkət etdiyi məlum olub”.

Qeyd edək ki, 302 nömrəli tam orta məktəbin III sinif şagirdi özünü 3-cü mərtəbədən atmaq istəyib. Məktəbdən bildirilib ki, şagirdin dərsə dəvamiyyətinin yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR