Play Store

1,2 milyon dollarlıq içki oğurladı, məhkəməyə çıxmadan intihar etdi - FOTO

ABŞ-da 1,2 milyon dollar dəyərində içki oğurladığı üçün günahlandırılan şübhəli məhkəməyə çıxmadan əvvəl Nyu-yorkdakı otelin 33-cü mərtəbəsindən özünü ataraq intihar edib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, vəkilləri 41 yaşlı adamı məhkəmə salonunda gözləyərkən ölüm xəbərini aldıqlarını deyiblər.

Satdığı şərabların pulu ilə 14 ay davam edən bir dünya turuna çıxan adama 10 ilə qədər həbs cəzası verilməsi gözlənilirdi. Ancaq ittihamları qəbul etdiyi üçün cəzasında azalma olacağı ehtimalı da var idi.

Qeyd edək ki, oğurlanan şərablar arasında mütəxəssislərin "Maye məxmər" dedikləri yeddi şüşə “Domain de la Romane-Conti” şərabı da olub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR