Play Store

Avtomobil piyadanı vurub

Avtomobil piyadanı vurub
21:37 12 Oktyabr 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rasim Allahşükür oğlu Yusifovu yolu keçmək istəyən zaman "VAZ-21011" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Yusifov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/693986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR