Play Store

Toyda partlayış törədildi - 6 ölü

Əfqanıstanın şərqindəki Loqar əyalətində toy mərasimi zamanı partlayış törədilib.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayıcı qurğu musiqiçilərin oturduğu səhnənin altında quraşdırılıb.

Polisin ilkin ehtimalına əsasən, hadisəyə qan düşmənçiliyi səbəb olub.

Partlayışın təfərrüatları ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR