Play Store

Hindistanda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb

Hindistanın Orissa ştatında “Titli” siklonunun səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 12 nəfər, o cümlədən 3 uşaq həlak olub, 4 nəfər isə itkin düşüb.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, Baraqhara kəndinin 22 sakini təbii fəlakətdən qaçaraq mağaraya sığınıb. Leysan yağışları nəticəsində təpənin yamacında sürüşmə baş verib və 16 nəfər torpağın altında qalıb. Onlardan 12-nin cəsədi aşkarlanıb, 4 nəfərin taleyindən isə xəbər yoxdur.

Ümumilikdə isə “Titli” siklonu Orissa ştatında 21 nəfərin həyatına son qoyub. Ştatın beş sahilyanı dairəsində 300 min insan təxliyə olunub, dövlət müəssisələrinin əksəriyyəti bağlanıb. Yerli hökumət balıqçılara dənizə çıxmamağı tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR