Ər-Riyaddan itən jurnalistlə bağlı ittihamlara cavab

Səudiyyə Ərəbistanının daxili işlər naziri, şahzadə Əbdüləziz ibn Səud ibn Naif bəyan edib ki, Səudiyyə hökuməti müxalif jurnalist Camal Kaşoqinin oğurlanması ilə bağlı “yalan ittihamları” qınayır.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Saudi Press Agency” məlumat yayıb.

Səudiyyəli nazirin sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın jurnalistin öldürülməsinə dair əmr verməsi barədə yayılan məlumatlar yalan və əsassız iddialardır.

“Səudiyyə Ərəbistanı krallığı beynəlxalq hüquq normalarına riayət edilməsinə və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda öz vətəndaşlarının maraqlarına böyük önəm verir. Səudiyyə hökuməti itən jurnalistlə bağlı bütün həqiqətin üzə çıxarılmasına səmimi olaraq cəhd edir”, – deyə nazir vurğulayıb.

Əbdüləziz ibn Səud həmçinin, itən jurnalist ətrafında yaranan vəziyyəti araşdırmaq naminə Türkiyə və Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşlıq ideyasını dəstəklədiklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR