Amerikalı rahib vətəninə yollanıb

Türkiyənin İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə azadlığa buraxılan amerikalı rahib Endryu Kreyq Branson Almaniyaya yollanıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, burda tibbi müayinələrdən keçən rahib, Amerika Birləşmiş Ştatlarının göndərdiyi hərbi təyyarə ilə ölkəsinə yola düşüb. Bransonun yaxın saatlarda “Ağ ev” də prezident Donald Trampla bir araya gələcəyi gözlənilir.

Xatırladaq ki, məhkəmə FƏTÖ və PKK terror təşkilatıyla əlaqədə şübhəli bilinən amerikalı rahibə 3 il 45 gün müddətinə həbs cəzası kəsib. Lakin rahibin həbsdə və ev dustaqlığında olduğunu nəzərə alan məhkəmə, onu elə iclas zalından sərbəst buraxıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR