İtən jurnalistin tapılması üçün Ankara və Ər-Riyad birgə qrup yaratdı

TürkiyəSəudiyyə Ərəbistanı itkin düşən jurnalist Camal Kaşıkçının axtarışları ilə bağlı birgə qrup yaradıb.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, birgə fəaliyyət qrupunun tərkibində kəşfiyyat təşkilatı, ədliyyə və xarici işlər nazirliyinin nümayəndələri yer alacaq. Krallıq nümayəndələri artıq İstanbula gəlib. Araşdırma qrupu Baş Konsulluqda axtarış aparılacaq yerləri müəyyənləşdirəcək.

Qeyd edək ki, Ər-Riyadı tənqid etməklə tanınan jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna oktyabrın 2-də daxil olub və bir daha onun barəsində xəbər alınmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR