ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 17-yə çatıb

Amerika Birləşmiş Ştatları son illərin ən güclü qasırğası ilə mübarizə aparır.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, ölkənin şərq əyalətlərini təsirə altına alan “Maykl” qasırğası nəticəsində azı 17 nəfər həyatını itirib. Təbii fəlakət daha çox Florida, Şimali və Cənubi Karolina ştatlarna ziyan vurub.

Sürəti saatda 130 km-ə çatan külək minlərlə tikilini yerlə bir edib. Elektrik naqillərinin sıradan çıxması nəticəsində 1 milyona yaxın ev və iş yeri işıqsız qalıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR