Play Store

Çaylarda sululuq səviyyəsi açıqlanıb - ETSN

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 145 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 81 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 8, Bankədə 1 sm azalma qeydə alınıb, lakin Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 sm (2017-ci il oktyabrın 12-də 378 sm), Şirvanda 189 sm (2017-ci il oktyabrın 12-də 273 sm), Salyanda 133 sm (2017-ci il oktyabrın 12-də 240 sm), Bankədə 170 sm (2017-ci il oktyabrın 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2017-ci il oktyabrın 12-də 102 sm) təşkil edir.

Ulduz falı - 14 OKTYABR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR