Tarixin milyonlarla insanı öldürən qorxunc xəstəlikləri - FOTOLAR

Hər ötən ildə dünya yeni qorxunc epidemiyalarla tanış olur. Bu epidemiyaların bir çoxunun qarşısı alınir. Lakin bir o qədərinin də qarşını almaq mümkün olmur. Hətta yüzlərlə insanın ölümü ilə nəticələnir.

Metbuat.az tarixin qaranlıq səhifələrinə qərq olan və bir çox insan tələfatına səbəb olmuş epidemiyalar haqqında məlumatı təqdim edir:

Sars epidemiyası – 774 ölü

2002-ci ilin dekabr ayında Honq-Konqda başlayan epidemiya 2003-cü ilin iyul ayına qədər davam edib. 8422 nəfəri yaxalayan bu xəstəlik 774 nəfərin həytına son qoymuşdu. Epidemiyanın adı isə Sars olaraq adlandırılmışdı.

Картинки по запросу sars 2002 hong kong

Qızılca – 4555 ölü

2011-ci ildə Konqoda meydana gələn qızılca epidemiyası 30 min nəfərə yaxın adama yoluxmuşdu. Bu xəstəlikdən əziyyət çəkənlərin 4555 nəfəri həyatını itirmişdi.

Похожее изображение

Ebola – 4877 ölü

Qərbi Afrika ölkələrində yayılan ebola virusu 28 min 616 nəfərə yoluxmuşdu. Bunlardan 4877 nəfəri həyatını itirmişdi.

2013-2014-cü illər arasında yayılan bu virusun qarşısını almaq üçün dünyanın bir çox ölkələrindən yardımlar edilmişdi.

Похожее изображение

Tifüs – 20 min ölü

1847-ci ildə Kanadada meydana gələn Tifüs epdemiyası 20 min nəfərin həyatına son qoymuşdu.

Böyük London vəbası – 100 min ölü

Böyük London vəbası 1665–1666-cı illərdə İngiltərə krallığında yayılmış ən sonuncu və ağır virus olub. Böyük vəba əhalinin 100 min nəfərinin həyatına son qoymuşdu. Bu da ölkə əhalisinin 15 faizi idi.

Картинки по запросу Büyük Londra Vebası

Donuz qripi – 284 min ölü

Donuz qripi dünyanın bir çox ölkəsinə yayılmış ağır virus idi. Bu virusun bilərəkdən qəsdlə xüsusi bir labaratoriyada hazırlanaraq insanları yoluxdurmaq üçün hazırlandığı da iddia edilirdi. Bu virus 2009-cu ildə dünyaya yayılaraq 284 min insanın həyatına son qoymuşdu.

Картинки по запросу domuz gribi

Honq-Konq qripi – 1 milyon ölü

1968-1969-cu illərdə Honq-Konqda meydana gələn bu epidemiya H3N3 olaraq adlandırılırdı. Bu virus 1 il ərzində dünyada 1 milyon insanın ölümünə səbəb oldu.

Qara ölüm - 50 000 000 ölü

"Qara ölüm" - Avropa ölkələrində 1346-1353 illərdə baş vermiş taun pandemiyasına deyilirdi. Həmin dövrdə təkcə Avropada 24 milyon adam - təxminən Avropa əhalisinin dörtdə biri tələf olub. Qara ölüm 1361 və 1369 illərdə kəskin olmasa da, yenidən özünü göstərib. Böyük Moskva knyazlığında və Yaxın Şərqdə də yayılıb.

Похожее изображение

Rus qripi – 1 miyon ölü

Rus qripi 1889-1890-cı illərdə Rusiyada yayılan ən dəhşətli epidemiyalardan sayılır. Təxminən 1 il yayılmaqda davam edən virus 1 milyon insanın həyatına son qoyub.

Похожее изображение

Müasir vəba - 100 milyon ölü

Müasir vəba 1894-cü ildə dünyanın başına bəla olan epidemiyalardandır. 9 il davam edən bu xəstəlik 1800-cü illərin ən qorxunc xəstəliyi sayılır. Bu pandemiya ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, həkimlər xəstəliyin iyləmə qabiliyyəti vasitəsilə yayıldığını hesab ediblər. Odur ki, xəstələrini müalicə edən həkimlər içərisi müxtəlif çiçəklərlə dolu olan və qorxunc maska taxaraq xəstələrə yaxınlaşırmışlar.

Картинки по запросу Kara Veba (

İspan qripi pandemiyası – 39 milyon ölü

İspan qripi pandemiyası 1918-1920-ci illərdə yayılmış bəşər tarixinin ən böyük qrip pandemiyası kimi tanınır. 18 ay müddətində dünyada 550 milyon adam, yaxud planet əhalisinin 29,5 faizi bu qripə yoluxub. Epidemiya Birinci Dünya Müharibəsinin sonuncu aylarında İspaniyadan yayılmağa başlayıb və ilk aylarda 8 milyon adam virusun daşıyıcısına çevrilib. Hətta o dönəmin İspaniya kralı XIII Alfons da qripə yoluxub.//Müsavat.com

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR