“ABŞ-ın PKK-ya göstərdiyi mövqeyi YPG-yə də göstərməsini gözləyirik” – Hulusi Akar

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ Dövlәt Departamentinin PKK terror tәşkilatının üzvlәri haqqında mәlumat verәnә mükafat verilәcəyi məsələsinə münasibət bildirib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Akar açıqlamasında deyib: “Müttəfiqlərimizin bu qərarını müsbət qarşılamaqla yanaşı, çox gec qaldıqlarını qeyd etməliyəm. PKK-dan heç bir fərqi olmayan YPG-yə qarşı da eyni münasibətin göstərilməsini gözləyirik. Bir tərəfdən PKK-nın əsas 3 üzvü barədə məlumata mükafat vədini verib, digər tərəfdən də YPG-yə tırlarla, təyyarələrlə nəqliyyat vasitələri, avadanlıq, silah və döyüş sursatı göndərilməsini qəbul edə bilmərik. Bunun ən qısa müddətdə düzəldilməsini gözləyirik”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR