Əməkdar artist efirdə OD PÜSKÜRDÜ: "Özümə alçaqlıq sayaram ki.." - VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.

Metbuat.az xəbər verir ki, mərhum xalq artisti Nuriyyə Əhmədovanın bacısı Sevil Mikayılovanın, Nahidə Orucovaya ünvanladığı sözlər əməkdar artisti özündən çıxarıb:

“Mən ona ev vermişəm deməmişəm. Nuriyyə xanım sadəcə mənim yanımda qalanda sakit olurdu. Ona görə, illər boyu mənim evimdə qalıb. Mən harda yaşamışamsa, o, hər dəfəsində həftələrlə, aylarla mənim yanımda qalırdı. Mənim yanıma gəlin və mənimlə üz-üzə bu söhbəti edin. Siz orada niyə arxamca danışırsız? Düzgün deyil. Mənim yaşım çatmır sizə nəsə deyim. Mən özümə alçaqlıq sayaram ki, özümnən böyüyə söz deyərəm. Xahiş edirəm, danışığınızı bilin. Mən bacıma demədiyim sözləri, oturub Nuriyyə xanıma demişəm. Mən heç vaxt “Nuriyyə gəlib mənim evimdə qalıb” demərəm. Həmişə demişəm, mənim yanımda qalıb. Onun borcundan mənim xəbərim var idi. Mən hətta o borcu sizdən istəməmişəm. Borcu özüm həll etdim”.

Nazirlikdən əhaliyə hava XƏBƏRDARLIĞI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR