Qəfil ürək tutmasından ölən türkiyəli məşhurlar SİYAHI - FOTOLAR

Metbuat.az bu dəfə qəfil ürəktutmasından, insultdan dünyasını dəyişən Türkiyənin bəzi məşhurlarını təqdim edir.

Kamal Sunal Türkiyənin məşhur teatr və kino aktyoru.

Kamal Sunal əsasən komediya janrında olan filmlərlə tanınıb. Xalq arasında Şaban ləqəbi ilə sevilən 56 yaşlı aktyor ürək tutmasından dünyasını dəyişib.


7-də 77-yə hər kəsin sevimlisi olan Türkiyənin məşhur müğənnisi Barış Manço 56 yaşında infarktdan dünyasını dəyişib.

Türk arabes müğənnisi və aktyoru Azer Bülbül 45 yaşında qəfil ürək tutmasında ölənlər sırasına daxildir.

Türk dilində rok ifa edən ilk ifaçı Cem Karaca 59 yaşında ürək tutumasında dünyasını dəyişib. İfalarında ictimai və siyasi məzmunlu mövzulara toxunan musiqiçi özünəxas üslubu ilə digər ifaçılardan fərqlənirdi. Anadolu rok üslubunun ilk yaradıcılarından biridir.

Atilla İlhan yazıçı olub. O da ürək tutmasından 90 yaşında dünyasını dəyişib.

Erol Büyükburc Türk pop musiqi sənətçisi 79 yaşında infarktdan dünyasını dəyişib.

Türk filmlərinin mənfi obrazların müəllifi Erol Taş da 72 yaşında ürək tutmasından rəhmətə gedib.


Efirdə maraqlı müzakirə VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR