Əfqanıstan üzrə Moskva görüşündə “Taliban”ın 5 üzvü iştirak edəcək

“Taliban” hərəkatının 5 üzvü noyabrın 9-da keçirilməsi planlaşdırılan Əfqanıstan üzrə Moskva görüşündə iştirak edəcək.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” artıq Moskva formatındakı danışıqlarda iştirak edəcək 5 nümayəndəsinin adlarını açıqlayıb. Hərəkat Kabilin nümayəndə heyəti ilə heç bir rəsmi təmasda olmaq niyyətində deyil.

Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 9-da Əfqanıstan üzrə Moskva formatında görüşün xarici işlər nazirlərinin müavinləri və profil xüsusi nümayəndələr səviyyəsində ikinci iclasının baş tutacağını bildirib. İlk dəfə olaraq belə səviyyəli beynəlxalq görüşə “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin nümayəndələri də qatılacaq.

Tədbirdə iştirak etmək üçün Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, TürkmənistanÖzbəkistana, həmçinin ABŞ-a dəvət göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR