​PKK Avropada narkotik ticarətinin 80 faizinə nəzarət edir - Süleyman Soylu

PKK terror təşkilatı Avropada narkotik ticarətinin 80 faizinə nəzarət edir.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Türkiyənin Daxili İşlər Süleyman Soylu bildirib ki, terrorçu təşkilatın narkotik ticarətindən gəlirləri ilə 1,5 milyard dollar təşkil edir. Bu pulla onlar özlərini silahla təmin edir. Nazir ABŞ-ın PKK-nın Suriya qanadı olan YPG/PYD ilə münasibətlərinə də toxunub.

Onun sözlərinə görə, PYD terrorçularını silah-sursatla dolu 15 minə qədər yük maşınıyla təmin edən Vaşinqton, bununla terrorçuların regiondakı mövqelərini möhkəmləndirmiş olur: “ABŞ-ın fəaliyyəti Türkiyənin narkotrafik marşrutuna çevrilməsinə zəmin yaradır. Belə fəaliyyət Türkiyə xalqının gələcək nəsillərinə qarşı yönəlib” - deyə, Soylu qeyd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR