​Norveç sahillərində yük gəmisi ilə hərbi gəmi toqquşub

Norveç sahillərində yük gəmisi ilə hərbi gəmi toqquşub.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, qəza zamanı hər iki gəmidən ümumilikdə 7 nəfər xəsarət alıb. Zərbənin təsirindən ciddi zədə alan hərbi gəmiyə su sızıb. Xilasedicilər batmaq təhlükəsi ilə üzləşən gəminin 137 nəfərlik heyət üzüvünü təxliyə edib.

Yük gəmisində olan neftin dənizə sızıb-sızmadığı isə məlum deyil. Qəzanın səbəbləri araşdırılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR