Azərbaycan mütəxəssisləri Cənubi Koreyada “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüb

Azərbaycan mütəxəssisləri Cənubi Koreyada “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüb
04:35 9 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya Respublikasının Seul şəhərində “İKT eksperti” təlim proqramı çərçivəsində “Radiospektr idarəçiliyi və radiomonitorinq” mövzusunda beynəlxalq tədbir keçirilib.

20-yə yaxın ölkənin iştirak etdiyi tədbirin əsas mövzusu “5G” texnologiyaları, radiospektr idarəçiliyi, Cənubi Koreyada radiotezlik hərracları, radiotezlik idarəetməsi, o cümlədən, interferensiya hallarının tənzimlənməsi və ən yeni radiomonitorinq texnologiyaları olub.

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edib.  Cənubi Koreya təcrübəsi ilə tanış olan mütəxəssislərimiz radiomonitorinq şəbəkələri, idarəetmə metodları, o cümlədən, tarif siyasəti və müvafiq qanunvericilik üzrə müzakirələrdə iştirak ediblər.

Mütəxəssislərimiz nəzəri və praktik fəaliyyətlə yanaşı, tədbir çərçivəsində müsabiqələrdə də iştirak ediblər və  “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüblər.

Səfər çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri və sahənin ekspertləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, radiospektr idarəçiliyi və radiotezlik idarəetməsində beynəlxalq təcrübə yeni texnologiyaların ölkəmizə transformasiyası istiqamətində böyük  önəm daşıyır.

Cənubi Koreya radiospektr idarəçiliyində qabaqcıl ölkələrdən biri kimi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən  istinad ölkə hesab olunur.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57551-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR