Vyana ilə Moskva arasında casus qalmaqalı

Rəsmi Vyana Avstriya ordusunun sabiq polkovnikinin Rusiyaya casusluq etməsilə bağlı vəziyyətə aydınlıq gətirməsi üçün Moskvadan şəffaf informasiya tələb edir.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın baş naziri Sebastian Kurts jurnalistlərə açıqlamasında deyib.

“İndi biz Rusiya tərəfindən şəffaf informasiya tələb edirik. Rusiyanın səfiri, daha doğrusu, hazırda Avstriyada olmadığından onun səlahiyyətlərini icra edən şəxs Xarici İşlər Nazirliyinə çağırılıb” – Kurts bildirib.

Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki 20 il ərzində Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs olunub. Avstriyanın Müdafiə Nazirliyi bəyan edib ki, casusluqla məşğul olaraq məlumatları Rusiyaya ötürən sabiq polkovnikin bu fəaliyyətinin üstünü hərbi əks-kəşfiyyat və beynəlxalq əməkdaşlıq sayəsində açmaq mümkün olub. Lakin Rusiyanın Avstriyadakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Avstriya KİV-lərinin məlumatına əsasən, casus polkovnik Avstriya hərbi hava qüvvələri, artilleriya sistemləri, ölkədəki miqrant böhranı, həmçinin, Avstriyanın yüksək rütbəli hərbçilərilə bağlı məlumat toplayaraq Moskvaya ötürməklə məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR