Adriana Lima göz yaşı içində "Victoria's Secret"lə vidalaşdı - FOTOLAR

Dünyaca məşhur model Adriana Lima sonuncu dəfə "Victoria's Secret Fashion Show"ya çıxıb.

Metbuat.az Axşam.az-a stinadən xəbər verir ki, hələ ötən ildən Limanın mələk qanadları ilə vidalaşacağı deyilirdi. Model isə bu haqda ilk dəfə ötən gün baş tutan möhtəşəm şouda açıqlama verib.

"Təşəkkür edirəm, mənə dünyanı göstərdiniz. Öz sirlərini bölüşdünüz və mənə təkcə qanad vermədiniz, həm də uçmağı öyrətdiniz" deyə, Lima bildirib. Sonuncu dəfə mələk obrazını podiumda nümayiş etdirən model iki obrazda görünüb.

18 ildir "Victoria's Secret"lə çalışan Lima podiumda göz yaşı içində vidalaşdı.

Qeyd edək ki, Adriana ilk dəfə "Victoria's SecretÜin dəfiləsinə 1999-cu ildə çıxıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR