İki maşın toqquşub, 3 nəfər yaralanıb

İki maşın toqquşub, 3 nəfər yaralanıb
20:12 9 Noyabr 2018
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "Kia" markalı minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sərnişinlər - 1971-ci il təvəllüdlü Qaradağ rayonu sakini Həsənova Hicran Aydın qızı, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini Mustafayeva Aysel Tahir qızı və 2008-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayev Elcan Elvin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/702352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR