“Bu şəhərdə”nin konsertində həyəcanlı anlar – Təcili yardım çağırıldı – VİDEO

Ötən gün “Bu şəhərdə”nin konsertində həyəcanlı anlar yaşanıb.

Metbuat.az BAKU.WS-ə istinadən xəbər verir ki, konsert zamanı tamaşaçılardan birinin halı pisləşib. Onun üçün həkim çağırılıb.

Məsələyə aydınlıq gətirmək üçün “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasovla əlaqə saxladıq. Müşfiq Abbasov açıqlamasında bildirdi ki, konsert zamanı tamaşaçılardan biri, gənc oğlanın halı pisləşib.

“Bir cavan oğlanın halı pisləşdi. Epilepsiya xəstəsi idi. Tutması oldu və onun üçün təcili yardım çağırıldı. Həkimlər kömək etdilər və şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Həmin tamaşaçı da konserti sonuna qədər izlədi”, - deyə Müşfiq Abbasov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR