Sabah paytaxtın 3 rayonunda su olmayacaq - “Azərsu” ASC

Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.

“Azərsu” ASC-dən Metbuat.az-a verilən məlumata görə, məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Belə ki, Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) gün ərzində içməli suyun verilişində fasilələr yaranacaq.

Sabah axşamdan hava dəyişir - Yağış, qar... - XƏBƏRDARLIQ!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR