Ərdoğan acı xəbəri verdi - 7 şəhid, çox sayda yaralı var / VİDEO

Türkiyənin Hakkari əyalətindəki hərbi bazanın ərazisində baş verən partlayış nəticəsində 7 əsgər şəhid olub. 25 hərbçi isə yaralanıb.

Metbuat.az “Sabah” qəzetinə istinadən məlumat verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə antiterror əməliyyatları zamanı qeydə alınıb.

PKK terrorçularının İraqın şimalındakı mövqelərinə həyata keçirilən top atışları zamanı, döyüş sursatlarından biri partlayıb. Əmələ gələn yanğın digər döyüş sursatlarının da partlamasına səbəb olub.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR