Donald Tramp və Emmanuel Makron arasında görüş olub

ParisFransa lideri Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, təkbətək görüşdən sonra onlara dövlət başçılarının müşavirləri də qoşulub. Ardınca isə hər iki ölkənin birinci xanımları - Bricit Makron və Melaniya Tramp da Yelisey sarayına gəlib.

Qeyd edək ki, noyabrın 11-də Fransada Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi geniş qeyd olunacaq. Əlamətdar tarixə həsr olunan Sülh forumunda 80-dan çox dövlətin liderləri və hökumət başçıları iştirak edəcəklər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR