Moqadişoda terror aktları nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişoda törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. Onlarla insan yaralanıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, hücum insanların sıx olduğu ərazidə minalanmış avtomobilin partladılması ilə həyata keçirilib. Ardınca isə terrorçular insanları atəşə tutub.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Təhlükəsizlik əməkdaşları antiterror əməliyyatlarına başlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR