Dünya liderləri Parisə toplaşır

Sabah Fransada Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi əlaqədar “Paris Sülh Forumu” öz işinə başlayacaq.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, 2 gün davam edəcək tədbirə 80 ölkədən hökumət və dövlət başçıları qatılacaq. Onların arasında Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin, ABŞ lideri Donald Tramp, Almaniya kansleri Angela Merkel və digər rəsmilər var.

Bəzi liderlər artıq parisə gəlib. Forum çərçivəsində prezidentlərin təkbətək görüşləri də nəzərdə tutulub. Qeyd edək ki, Paris Sülh Forumunun keçirilməsi təşəbbüsünü Fransa Prezidenti Emmanuel Makron irəli sürüb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR