AB və krallıq Londonun ittifaqdan çıxmasına dair razılıq əldə edib

Avropa Birliyi və Böyük Britaniya Londonun qurumdan çıxmasına dair razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, Tayms qəzetinin iddiasına görə, tərəflər yekun müzakirələrdən sonra sazişin detallarını təqdim edəcək. Bildirilir ki, krallıq və qurum fikir ayrılığına səbəb olan bəzi məsələlər barədə qarşılıqlı güzəştlər edib.

Razılaşma ilə birlikdə tərəflər bəyannamə də yayımlayacaq. Londonun qurumdan çıxmasına dair imzalanma mərasimi isə noyabrın 23-də baş tutacaq Avropa Birliyi ölkələrinin hökumət və dövlət başçılarının toplantısında keçiriləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR