​Polşada NATO ölkələrinin hərbi təlimləri başlayıb

Polşada NATO ölkələrinin hərbi təlimləri başlayıb.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, “Anakonda 2018” adlı təlimlərə 10 ölkədən 18 minə qədər hərbçi, 45 gəmi, 150 helikopter və təyyarə o cümlədən 5 min zirehli texnika cəlb edilib. Məşqlər noyabrın 17-nə qədər davam edəcək.

Bildirilir ki, təlimlər ölkələr arasında hərbi koordinasiyanı artırmaq məqsədi daşıyır. Qeyd edək ki, son həftələrdə NATO-nun Rusiya sərhədinə yaxın bölgələrdə tez-tez hərbi təlimlər təşkil etməsi diqqət çəkir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR