Avstriya Prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib

Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya casusluq etməkdə ittiham olunan zabitlə bağlı araşdırmaların tam qüsursuz şəkildə aparılmasını tələb edib.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Federal Prezident yerli mətbuata açıqlamasında, həmçinin casusluğun istənilən formasının qəbuledilməz olduğunu ifadə edib.

Noyabrın 9-da federal kansler Sebastian Kurts və müdafiə naziri Mario Kunasek Avstriya ordusunun təqaüddə olan polkovnikinin 20 ildən artıq müddət ərzində Rusiya üçün casusluq fəaliyyəti göstərməsini açıqlayıblar. Zaltsburq Şəhər Prokurorluğu tərəfindən barəsində cinayət işi açılan yetmiş yaşlı zabitin Müdafiə Nazirliyinin struktur planlaması şöbəsində çalışdığı bildirilir.

Mətbuatın əldə etdiyi məlumatlara əsasən, zabit Avstriya Silahlı Qüvvələrinin rəhbərliyi barədə şəxsi məlumatları, Hərbi Hava Qüvvələri və artilleriya sistemləri barədə həssas bilgiləri, eləcə də ordunun internet sistemindəki əlaqə məlumatlarını Rusiya tərəfinə ötürməkdə ittiham olunur. Eyni zamanda, NATO-nun seminar və kurslarında iştirak edən polkovnikin bu məlumatları rus kəşfiyyatına təqdim etməsi ehtimal olunur.

Rusiya Xarici İşlər Nazirliyi bu ittihamları rədd edərək, bu kimi addımların iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcəyini bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR