Arda Turandan həyat yoldaşına milyonluq jest - FOTO

Arda Turandan həyat yoldaşına milyonluq jest !

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Arda Turan həyat yoldaşı Aslıhanın yeni yaşı münasibəti ilə əyləncə partisi təşkil edib. Gecədə cütlüyün yaxın dostları və ailələri iştirak edib.

Məkanı gecə yarısı olmamış tərk edən cütlüyün xoşbəxtlikləri diqqətdən qaçmayıb. Aslıhan Doğan "Arda çox gözəl gecə təşkil edib, amma oğlumuz oyanmadan evimizə qayıtmaq istəyirik" sözlərini deyib.

Bu arada Arda Turanın həm həyat yoldaşına ad günü hədiyyəsi olaraq, həm də yay aylarında oğulları ilə birlikdə rahat tətil edə bilməkləri üçün Aslıhanın da çox sevdiyi Bodrumdan villa axtarışına başlayıb. Ardanin 30 milyon lirə dəyərindəki bir villa ilə yaxından maraqlandığı deyilir.


Sevinc Kərimova/METBUAT.AZ

Röya və Brilliantın “Sen Trope” rəqsi - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR