Günəş eynəkləri ilk dəfə məhkəmələrdə istifadə edilib - ARAŞDIRMA

Günəşdən qorunmaq üçün istifadə etdiyimiz günəş eynəklərinin ilk olaraq məhkəmələrdə istifadə edildiyini bilirdiniz?

Metbuat.az bu dəfə eynəklər haqqında maraqlı araşdırma hazırlayıb.

1300-cü illərdə Çində hakimlər fikirlərinin gözlərindən anlaşılmasını istəmədikləri üçün məhkəmə zallarına eynəksiz girməyiblər. Hətta, o dövrlərə aid "Ədalət" heykəllərinin gözündə günəş eynəyi görə bilərsiniz.

Eskimoslar isə qar və buzun əks etdirdiyi narahatlıqdan xilas olmaq üçün eynək istifadə ediblər. Təbii ki, bu eynəklər günümüzdəki eynəklərdən çox fərqlənirdilər.

1930-cu illərdə Bausç və Lomb, pilotların yüksək hündürlüklərdə yaşadıqları parıltını azaltmağa çalışan xüsusi günəş eynəyi hazırlamaq üçün Ordu Hava Qüvvələrinə işə qəbul ediliblər. Bir müddət sonra fizikçilər və optikçilər birləşərək işığı əmən tünd yaşıl rəngli eynək istehsal ediblər.

1960-cı ili günəş eynəklərinin qızıl dövrü adlandırmaq olar. Xüsusilə, bu dövr filmlərində Hollivud ulduzlarının gözlərində eynək görə bilərsiniz. 60-cı illərdən etibarən günəş eynəkləri sadəcə günəşdən qorunmaq üçün deyil, tərz görünmək üçün istifadə edilməyə başlandı.

Aysel Yaqubqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR