Azərbaycanlı məşhurlar yeni ildə harada olacaq? - Özləri etiraf etdi

Sirr deyil ki, məşhurlarımızın gündəlik və şəxsi həyatları, geyimləri, gördükləri işlər hər kəs üçün maraqlıdır.

Xüsusi ilə də özəl gün və bayramlarda bütün gözlər onların üzərində olur.

Yeni ilin gəlməyinə artıq qısa zaman qalıb. Məlumdur ki, məşhurlarımız çox zaman yeni ili tədbir və şou proqramlarda qarşılayırlar.

Metbuat.az bir neçə tanınmış sima ilə əlaqə saxlayıb, onların yeni il gecəsi üçün olan planları ilə maraqlandı. Məşhurlarımız yeni il gecəsi tədbirlərdə iştirak edəcəklərini desələr də, bəziləri evdə ailəsiylə yeni ili qarşılamağı daha üstün tutduqlarını bildiriblər.

Tanınmış televiziya aparıcısı İlkin Həsəni ilə söhbət zamanı bizə yeni ili harda keçirəcəklərini hələ planlamadıqlarını qeyd etsə də, "Keçən ilki yeni ilimiz iki nəfərlik idi. Bu il ailəmiz üç nəfərdən ibarətdir və mən yeni ili ailəmlə qarşılayacam" sözlərini deyib.

Mügənni Nura Suri "Yeni ildə heç bir yerə getməyi və çıxış etməyi planlaşdırmıram Mənim üçün ən gözəl bayram ailəmlə birgə keçirdiyim bayramdır Onlarla keçən hər xoş saat mənim üçün unudulmaz bayrama çevrilir" sözlərini dedi və yeni ilin ilk ayında yeni klipini təqdim edəcəyini bizim üçün açıqladı .

"Bozbash Pictures"in ən çox güldürən Fəlakəti, Elşən Orucov: "Təbii ki bu il yeni ili ailəmlə birgə Bakıda qarşılayacam"

Nadir Qafarzadə də yeni ili ailəsiylə qarşılayacaq olan məşhurlarımızdandır." Yeni ili ailəmlə qarşılayacam" deyən müğənni 2019-cu il üçün olan planlarından da söz açaraq bildirdi ki, elə ilk aylardan sevənlərinin qarşısına yeni işləri ilə çıxacaq.

Xanım müğənnimiz Sevda Sanəliyeva, sorğumuz zamanı "Yeni ili hər il olduğu kimi çalışaraq keçirəcəm amma yeni il gecəsi ailəmin və övladlarımın yanında olacam" deyib. Artıq bir necə yeni mahnısının hazır olduğunu da bildirən müğənni 2019un ilk ayında olari təqdim edəcəyini qeyd edib.

Suallarımızı çox səmimi şəkildə cavablandıran Bahar Lətifqızı: "Tədbirlərim olmasa ailəmlə birlikdə evdə keçirəcəm, çünki evdən gözəl məkan yoxdur"

Müğənni Damla, artıq yeni il gecəsi üçün bir çox tədbirlərin planda olduğunu bildirdi.

Xalq artisti Brilliant Dadaşova ilə söhbətimiz zamanı yeni ili səhnədə qarşılayacağını öyrəndik.

Xanım müğənni Elza Seyidcahan da yeni ili səhnədə qarşılayan tanınmışlar sırasındadır.


Sevinc Kərimova/METBUAT.AZ

"Türkiyə kanallarına yalvarıb pul verib çıxırsınız" : Nigar Şabanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR