Gürcüstandan gələn avtomobildə marixuana aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR