Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Metbuat.az-ın erməni mənbələrinə istinadən məlumatına görə, seçkilərdə 2 siyasi blok və 7 siyasi partiya mübarizə aparacaq.Səsvermə səhər saat 8-dən axşam saat 20.00-dək davam edəcək.

Səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində seçimini edəcək. Seçkilərdə iştirak edən siyasi qüvvələrin təşviqat kampaniyası ötən gecə başa çatıb. Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirin istefasından sonra parlament iki iclasda yeni höklumət başçısını seçə bilmədiyi üçün növbədənkənar parlament seçkiləri təyin edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR