Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə...- Səhiyyə Nazirliyi

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

Metbuat.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, müxtəlif KİV-lərdə Azərbaycanda "donuz qripi"nin olması barədə məlumat yayılıb:

"Azərbaycanda donuz qripi yoxdur. Əhalini yalandan təşvişə salmaq olmaz. Qonşu Gürcüstanda donuz qripinin yayılması elan edilib. Azərbaycanda donuz qripi kütləvi şəkildə yayılarsa, Səhiyyə Nazirliyi onun qarşısını almaq gücündədir".

Baş epidemioloq əlavə edib ki, ölkəyə donuz qripi ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR